“Yunanıstanda polis əməkdaşı Pakistan vətəndaşını güllələyib”.
“Greek City Times” xəbər verir ki, polis əməkdaşları qaçırılan avtomobili müəyyən etdikdən sonra sürücüyə "saxla" əmrini veriblər. Lakin həmin şəxs əmrə tabe olmayaraq sürəti artırıb və qaçmağa çalışıb. Az sonra sürücü idarəetməni itirərək maşını parklanmış avtomobillərə çırpıb. Polis əməkdaşı hadisə yerindən qaçmağa çalışan şəxsə atəş açaraq onu ölümcül yaralayıb.
Həlak olan şəxsin 20 yaşlı Pakistan vətəndaşı olduğu müəyyən edilib. Onun qeyri-leqal miqrant ticarəti ilə məşğul olduğu səbəbindən məhkumluq həyatı yaşadığı və bir müddət əvvəl azad olunduğu müəyyən edilib.
Onu öldürən polis əməkdaşı həbs edilib. Onunla birlikdə olan polis əməkdaşları istintaqa cəlb olunub.
Qanunsuz miqrant ticarəti ilə məşğul olan şəxsin cəzasını çəkdikdən sonra hansı səbəbdən ölkəsinə deportasiya olunmaması da ölkə mediasında müzakirə olunur.