Vəkil bürosunun 12 vəkili narkotik əməliyyatında saxlandı

Türkiyənin Denizli şəhərində Vəkil bürosunun sədri Ufuk Gök də daxil olmaqla 12 vəkil jandarma tərəfindən aparılan narkotik əməliyyatında saxlanılıb.

Denizli prokurorluğu Ufuk Kök və 11 vəkilə "narkotik istifadəsi" ittihamı ilə həbs qərarı verib.

Bu əməliyyat çərçivəsində, polis əməliyyat qrupları Dənizli vəkil bürosunun binasında və digər təyin olunmuş ünvanlarda axtarış aparıblar. Vəkil bürosunun sədri Ufuk Kök və saxlanılan 11 vəkil işlərinin araşdırılması üçün jandarmaya aparılıblar.

Stopnarkotik.az