“Şübhəsiz ki, Ukrayna NATO-ya üzv olmağa layiqdir”.
Stopnarkotik.az yerli KİV-ə istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenski ilə İstanbulda keçirdiyi görüşdən sonra baş tutan mətbuat konfransında deyib.
O vurğulayıb ki, müharibənin başladığı vaxtdan Türkiyə Ukrayna ilə həmrəylik nümayiş etdirib və ona müxtəlif sahələrdə köməklik göstərib.
Qeyd edək ki, Ukrayna NATO üzvlüyünə qəbul olunması üçün 2022-ci il 30 sentyabr tarixində ərizə ilə müraciət edib. NATO Baş katibi Yens Stoltenberq bəyan edib ki, ölkənin alyansa üzv qəbul olunması üçün əsas şərtlərdən biri onun Rusiya üzərində qələbəsidir.