Türkmənistanın paytaxtı Aşqabadda xüsusi təyinatlılar silahlı çevriliş cəhdinin qarşısını alıblar. Stopnarkotik.az “Turkmen.news” saytına istinadla bildirir ki, xüsusi təyinatlılar əsasən Məryəm vilayətindən olan 20 Türkmən vətəndaşını saxlayıb. Hazırda şübhəlilər həbs edilib. Saytın etibarlı mənbələrinin yazdığına görə, sui-qəsdçilərin başında Niyazovun ölümündən sonra həbsxanaya göndərilən və orada ölən keçmiş kənd təsərrüfatı naziri Payzıgeldi Meredovun oğlu Batır Meredovun olduğu bildirilir. İndi Batır həbs olunub.
Mənbələr etibarlıdır, lakin məlumat hələ azdır.
Türkmənistanın daxili işlər nazirinin müavini Axmet Xocatovun da həbs edildiyi bildirilir. Xocatov 2018-ci ilin dekabrında bu vəzifəyə təyin olunana qədər Məryəm Vilayəti Polis İdarəsinin rəisi olub.
Ümumilikdə hazırda 20-dən çox adam həbsdədir, əksəriyyəti Məryəm vilayətindən olanlardır.
Bildirilir ki, sui-qəsdçilər "tam təchizatlı yük maşınları” ilə müxtəlif növ silahları Türkmənistana çatdırıblar.
Mənbələrdən biri iddia edir ki, son günlər Türkmənistanda internetin kütləvi şəkildə bloklanmasına səbəb silahlı sui-qəsd barədə məlumatı gizlətməkdir.
Stopnarkoitk.az