Türkiyədə 6 fevralda baş verən zəlzələdən 215 gün sonra dağıntılar altından daha bir meyit çıxarılıb.
Stopnarkotik.az xəbər verir ki, Kahramanmaraşda axtarış işləri zamanı Antakya qəsəbəsi Atatürk küçəsində cəsəd tapılıb.
Türkiyə KİV-in məlumatına görə, hazırda meyitin cinsiyyəti və kimliyi bilinmir. Şəxsiyyətinin müəyyənləşdirilməsi üçün cəsəd tibbi ekspertizaya göndərilib.