Türkiyə parlamentində yeni layihə - 15-18 YAŞLI CİNAYƏTKARLARA SƏRT CƏZALAR GƏLİR

AKP Türkiyə Böyük Millət Məclisinə yeniyetmə cinayətkarlığı ilə bağlı yeni qanun layihəsi irəli sürüb. Bu qanun layihəsinə görə, 15-18 yaş arası cinayətkarlar üçün həbs cəzasının artırılması təklif irəli sürülür.

Yeni qanun layihəsinə görə, 15-18 yaş arası uşaqlara törətdikləri ağır cinayətlərə görə ömürlük həbs cəzası verilməsinin yolu açılacaq. Həmçinin, qanun layihəsi yalnız cinayət törədən uşaqları deyil, həm də onların ailələrini əhatə edir. Layihə cinayət törədən uşaqların ailələri üçün sanksiyaları və cəzaları artırmağı hədəfləyir.

Qanun layihəsinin yaxın günlərdə TBMM komitələrində müzakirəyə çıxarılacağı gözlənilir.

Stopnarkotik.az