Məlum olduğu kimi, dünən Samusun Alıuşağı kəndində 10 nəfərin zəhərlənməsi haqda xəbər verilmişdi. Şəxslər halva yedikdən sonra özlərini narahat hiss etmişdilər. Bu gün Samuxda baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlayıb. AQTA açıqlamasında "Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək", deyə bildirib.
İyulun 15-də saat 15:30 radələrindən etibarən 7-si azyaşlı olmaqla 10 nəfər (4 kişi, 6 qadın) zəhərlənmə şübhəsi ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
"Pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri davam etdirilir və vəziyyətləri orta ağır qiymətləndirilir", deyə TƏBİB-in hadisə ilə bağlı məlumatında deyilir.
Stopnarkotik.az