Türkiyə - İran sərhədində 4 metr hündürlüyündə divar tikilir: HƏDƏF NARKOTRAFİK VƏ TERRORUN QARŞISINI KƏSMƏKDİR

Türkiyə İranla 560 kilometrlik sərhəd xəttində terror və qaçaqmalçılığın qarşısını almaq üçün təhlükəsizlik divarı çəkməyə, yeni qüllələr tikməyə və xəndəklər qazmağa davam edir. Stopnarkotik.az xəbər verir ki, tikinti Vanın Başkale rayonu ilə İran arasındakı sərhəd xəttində aparılır.

İranla ən uzun sərhədi olan Vanda təhlükəsizlik qüvvələri təhlükəsizlik tədbirlərini ən yüksək səviyyədə saxlayır və zirehli maşınlarla patrul həyata keçirərək sərhəd xəttini daimi nəzarətdə saxlayır.  Gözətçi qüllələri kameralarla təchiz edilərkən, xəndəklərlə dəstəklənən divar sayəsində hər cür terror, qaçaqmalçılıq və qeyri-qanuni keçidlərin qarşısı alınacaq. Eyni zamanda, sərhəd qoşunları təhlükəsizlik divarı marşrutuna paralel yolda patrul xidməti həyata keçirəcək və həftənin 7 günü 24 saat sərhədi nəzarətdə saxlayacaq. Sərhədin təhlükəsizliyi üçün tikilən təhlükəsizlik divarı təxminən 3 kilometrə çatıb. 4 metr hündürlüyündə divarlar 3 metr ülgüc məftillə örtüldüyü halda, digər tərəfdən səngərlər qazılır.

Stopnarkotik.az