“Toyota Prius”la daha bir qəza - Velosipedçi öldü

Abşeronda “Toyota Prius”un vurduğu velosipedçi xəstəxanada ölüb.

Stopnarkotik.az xəbər verir ki, hadisə iyulun 22-si Abşeron rayonu, Mehdiabad qəsəbəsində qeydə alınıb.

Məlumata görə, İlqar İmanovun idarə etdiyi “Toyota Prius” markalı 99-KY-264 dövlat qeydiyyat nişanlı avtomobil velosipedlə yolu keçmək istəyən 2013-cü il təvəllüdlü Kənan Novruzovu vurub.

K.Novruzov iyulun 25-də aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.