Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Azərbaycanın dövlət sərhədini pozmaqda və ağır cinayətlər törətməkdə təqsirləndirilən hərbçilər, Ermənistan vətəndaşları - Arutyun Hovaqimyan və Karen Qazaryanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Stopnarkotik.az xəbər verir ki, prokuror Orxan Rüstəmov ittiham aktını elan edib.
Eltun Sərkərli, Rza Allahverdiyev, Asif Babaşev və İbrahim Şıxlarov İş üzrə zərərçəkmiş qismində tanınıb. Hazırda məhkəmə prosesi davam edir.
Arutyun Hovaqimyan və Karen Qazaryan Azərbaycan Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan razılaşma əsasında bir qrup şəxs tərəfindən odlu silah və döyüş sursatı qaçaqmalçılığı), 214.2.1, 214.2.3-cü (qabaqcadan razılıq əsasında bir qrup şəxs tərəfindən odlu silahla terrorçuluq), 228.2 .1 (qabaqcadan razılıq əsasında bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, daşıma, saxlama), 283.2.1 (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması), zor tətbiq etməklə və ya onun tətbiqi hədəsi ilə) və 318.2-ci (qabaqcadan razılıq əsasında bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən və ya zor tətbiq etməklə və ya zor tətbiq etməklə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə ondan istifadə təhlükəsi) maddələri ilə ittiham elan olunub.
Stopnarkotik.az