Sosial şəbəkə fenomenləri insan alveri cinayətinə görə saxlanıldılar

Son illər sosial şəbəkələrdə paylaşdıqları videolar və bahalı həyatları ilə tanınan qardaşlar Andrew Tate və Tristan Tate ABŞ-ın Mayami şəhərində saxlanılıblar.
Onlar “IBA Bareknuckle 6” adlı döyüş tədbirinə gəlibmişlər.  Andrew Tate həmin tədbirdə aparıcı olacaqdı və onların saxlanıldığı an kameralara düşüb.
Bildirilib ki, onlar İngiltərədə zorlama və insan alveri ilə bağlı günahlandırılır, bu səbəbdən axtarılırlar.
2024-cü ildə İngiltərə məhkəməsi onların ölkəyə qaytarılmasına qərar verib. 2025-ci ildə isə dörd qadının şikayətindən sonra onlar 21 fərqli cinayətdə günahlandırılıblar.
Qardaşlar 2025-ci ildə Rumıniyadan Floridaya köçüblər. Bundan sonra Florida prokurorluğu və ABŞ-ın digər rəsmi orqanları onlar haqqında araşdırmaya başlayıb.
Onlar insan alveri, cinayətkar qrup yaratmaq, azyaşlılarla bağlı cinayətlər və çirkli pulları gizlətməkdə günahlandırılırlar. Araşdırma zamanı 35 nəfərin bu işdən zərər gördüyü bildirilib.
2026-cı ilin aprelində onlara qoyulan qadağalar götürülsə də, araşdırma hələ də davam edir.
Qanuna görə, məhkəmə onların günahını sübut edənə qədər Andrew və Tristan Tate günahsız sayılırlar. 

Mələk

Stopnarkotik.az