İspaniyada futbol üzrə Dünya Çempionatındakı qələbənin qeyd olunması zamanı 80-dən çox insan yaralanıb və 2 nəfər ölüb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.
Ölənlərdən biri 13 yaşlı yeniyetmədir.
Agentliyin məlumatına görə, insidentlər zamanı təhlükəsizlik qüvvələri tərəfindən azı 12 nəfər həbs edilib. Onlardan 7-si Madriddə saxlanılıb.
Polisin azarkeşləri dağıtmaq cəhdi toqquşmalara, təhlükəsizlik qüvvələrinə butulka və digər əşyalarla hücumlara səbəb olub, onlar isə cavabında rezin güllə və gözyaşardıcı qazdan istifadə ediblər.
Qeyd edək ki, iyulun 19-da İst-Raterfordda (ABŞ) İspaniya yığması Argentina millisi üzərində 1:0 hesabı ilə qələbə qazanaraq ikinci dəfə dünya çempionu olub.