ABŞ-da Ağ Evin ərazisində ağ toz-kokain tapılıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə bazar ertəsi “The Washington Post” qəzeti Ağ Evin təhlükəsizlik xidmətinin sözçüsü Entoni Qulyelmi və mənbələrə istinadən məlumat yayıb.
Ölkə rəhbərliyini qoruyan ABŞ Məxfi Xidməti bazar günü ağ tozun, kokainin Ağ Evin ərazisinə necə düşdüyünü araşdırır.
Nəşr yazır ki, kokain bazar günü axşam saatlarında aşkar edilib. Hadisə yerinə gələn “Təhlükəli Maddələrlə İş Qrupu”na aid yanğınsöndürən tapıntı barədə-Biz "kokain hidroxlorid" yazan sarı lent görürük-sözləri ilə məlumat verib. Qəzetdəki mənbənin sözlərinə görə, maddənin kokain olub-olmamasını yoxlayan test müsbət çıxıb.
“Məxfi Xidmət” sözçüsü Qulyelmi qəzetə bildirib ki, ekspertlər maddə və onun Ağ Evə necə daxil olması ilə bağlı əlavə təhqiqat aparır. Onun sözlərinə görə, kokain aşkar edildikdən sonra Ağ Evdəki məmurlar qısa müddətə təxliyə edilib. ABŞ prezidenti Co Bayden həmin vaxt binada olmayıb. "Hazırda maddənin Ağ Evdə peyda olmasının səbəbi və oraya necə düşməsi ilə bağlı araşdırma aparılır", Qulyelmi deyib. O, maddənin dəqiq harada və hansı şəkildə tapıldığını açıqlamaqdan imtina edib. O, əlavə edib ki, toz məxfi xidmət tərəfindən binanın ətrafında yoxlanış gəzintisində aşkar edilib.
Stopnarkotik.az