Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan hərbçisi Məhəmməd Qarayev dəfn olunub.
O, doğulduğu Qəbələ şəhərində torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin yaxınları, rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri və sakinlər iştirak ediblər.
Qeyd edək ki, mayın 12-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin davam edən təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Qarayev Məhəmməd Mahir oğlu şəhid olub.
***14:47
Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan hərbçisi Məhəmməd Qarayevin nəşi doğulduğu Qəbələ rayonuna gətirilib.
Stopnarkotik.az report-a istinadən xəbər verir ki, şəhidin nəşi ailəsinə təhvil verilib.
Hazırda ailəsinin yaşadığı evdə M.Qarayevlə vida mərasimi keçirilir. Mərasimdə şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, nümayəndələri və Qəbələ rayon sakinləri iştirak edirlər.
Mərasim başa çatdıqdan sonra şəhidin cənazəsi Qəbələ şəhər qəbiristanlığında torpağa tapşırılacaq.
2001-ci il təvəllüdlü M.Qarayev evin tək oğlu və ali təhsilli olub.
O, hərbi xidmətinin bitməsinə 49 gün qalmış şəhidlik zirvəsinə ucalıb.
***08:58
Mayın 12-də, axşam saatlarında Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Qarayev Məhəmməd Mahir oğlu Qəbələ şəhərinin sakini olub.
Stopnarkotik.az report-a istinadən xəbər verir ki, o bu gün Qəbələ şəhərində dəfn olunacaq.
2001-ci il təvəllüdlü Məhəmməd Qarayev evin tək oğlu olub.