Rusiya–Ukrayna müharibəsində həyatını itirən azərbaycanlıların sayı artmaqda davam edir.
Stopnarkotik.az modern.az-a istinadən xəbər verir ki, Rusiya ordusunun sıralarında vuruşaraq Ukraynanın müxtəlif istiqamətlərində gedən döyüşlərdə həlak olan daha 11 Azərbaycan əsilli hərbçinin kimliyi müəyyən edilib.
Həlak olan şəxslərin əksəriyyəti Rusiya Federasiyasının müxtəlif regionlarında doğulan Azərbaycan əsilli azərbaycanlılardır.
Həlak olan azərbaycanlılar barədə məlumatları təqdim edirik:
Bünyadov Siyasət Ayaz oğlu — 05.10.1995-ci il təvəllüdlü, Başqırdıstan Respublikasının Meleuz şəhərində yaşayıb.
Hüseynov İbad Rafiq oğlu — 10.07.1979-cu il təvəllüdlü, Orenburq vilayətinin Novotroitsk şəhərində yaşayıb.
Ələkbərov İlham Müştaq oğlu — 20.07.1966-cı il təvəllüdlü, Adıgey Respublikasının Maykop şəhərində anadan olub.
Abdullayev Əbülfəz İsmayıl oğlu — 11.05.1967-ci il təvəllüdlü, Simferopol şəhərində yaşayıb.
Əliyev Elşən Çingiz oğlu — 06.01.1974-cü il təvəllüdlü, Qaraçay-Çərkəz Respublikasının Erken-Şəhər qəsəbəsində yaşayıb.
Baxşıyev Zaur Tapdıq oğlu — 27.08.1968-ci il təvəllüdlü, Moskva şəhərində yaşayıb.
İsgəndərov Rüstəm Rüfət oğlu — 24.04.1992-ci il təvəllüdlü, Leninqrad vilayətində yaşayıb.
Qasımov Vüqar Vidadi oğlu — 19.07.1992-ci il təvəllüdlü, Moskva şəhərində yaşayıb.
Quliyev Faiq Menal oğlu — 14.07.1971-ci il təvəllüdlü, Novosibirsk şəhərində yaşayıb.
Babayev Etibar Əkbər oğlu — 07.11.1990-cı il təvəllüdlü, Orenburq vilayətinin Orsk şəhərində yaşayıb.
Qoqayev Əsədulla Rəcəb oğlu — 14.10.1994-cü il təvəllüdlü, Orenburq vilayətinin Voykovski qəsəbəsində yaşayıb.
Qeyd edək ki, Rusiya–Ukrayna müharibəsi başlayandan bəri yüzlərlə soydaşımız müxtəlif istiqamətlərdə gedən döyüşlərdə həlak olub.