Rusiyanın Müdafiə Nazirliyinin saytında Qarabağ bölgəsində müvəqqəti fəaliyyət göstərən Rusiya sülhməramlı kontingentinin gündəlik bülleteni dərc olunub.
Bülletendə Azərbaycanın Xankəndi şəhərinin adının böyük hərflərlə yazılması nəzərə çarpıb.
Bülletendə deyilir:
"Rusiyanın sülhməramlı kontingenti Azərbaycan Respublikasının Qarabağ İqtisadi Rayonu ərazisində tapşırıqları yerinə yetirməyə davam edir.
Rusiya sülhməramlı kontingentinin məsuliyyət daşıdığı ərazidə atəşkəs rejiminin pozulması qeydə alınmayıb.
2023-cü il sentyabrın 19-dan etibarən Rusiya sülhməramlılarının Ağdərə, Xocavənd, Xocalı və Şuşa rayonlarında səkkiz müşahidə məntəqəsi və 16 müvəqqəti müşahidə məntəqəsi bağlanıb.
Sentyabrın 24-dən etibarən XANKƏNDİ şəhəri və ətraf ərazilərdə elektrik enerjisinin verilişi bərpa edilib. Azərbaycandan ibarət birgə qrup rus sülhməramlı kontingentin hərbi qulluqçularının müşayiəti ilə əhalinin məskunlaşdığı ərazilərə elektrik enerjisinin verilməsinin bərpası istiqamətində fəaliyyəti davam etdirir.
Yollarda hərəkətin təhlükəsizliyini təmin etmək üçün ikisi Azərbaycan tərəfi ilə birgə post olmaqla, altı post quraşdırılıb"./trend