Türkiyədə serbiyalı "qanuni oğru" Juvan Vukotiçi öldürən şəxs saxlanılıb.
Stopnarkotik.az yerli KİV-ə istinadən xəbər verir ki, "qanuni oğru"nu silahla öldürən Yakup Doğan Gürcüstanda tutularaq Türkiyəyə gətirilib.
Qeyd edək ki, Serb cinayət təşkilatının lideri Yovan Vukotiç sentyabrın 9-da Şişlidə nəqliyyatda hərəkətdə olarkən iki motosikletçinin hücumuna məruz qalıb. Hücum zamanı Vukotiç həyatını itirərkən, həyat yoldaşı, uşaqları və sürücüsü sağ qalıb.