Niyə Türkiyəyə icazə verilmir, amma Ermənistana icazə verilir? – BRENDA ŞAFFER

ABŞ Hərbi Dəniz Qüvvələrinin Aspirantura Məktəbinin professoru və xarici siyasət üzrə ekspert Brenda Şaffer Ermənistanla Fransa arasında müdafiə sazişinin bağlanmasından hiddətlənib. Hansi ki, bu müqaviləyə əsasən, İrəvan Parisdən hava hücumundan müdafiə sistemləri ala bilər.

Xanım Şafferin sözlərinə görə, Qərbin bu mövqeyi onun əvvəlki hərəkətləri, xüsusən də Rusiyadan S-400 aldığına görə ABŞ-ın Türkiyəyə sanksiyalar tətbiq etməsi ilə uyğun gəlmir:

“NATO üzvləri Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemini almasından və ABŞ-ın Türkiyəyə qarşı sanksiyalar tətbiq etməsindən hiddətləndiklərini bildiriblər. Ancaq NATO və Vaşinqton NATO üzvü Fransanın Rusiyanın müdafiə alyansı olan KTMT-nin üzvü olan Ermənistana hava hücumundan müdafiə sistemi satmasına etiraz etmir”.