Narkotikin təsiri altında maşın sürən nazir müavini həbs olundu

Buryatiyanın təhsil nazirinin müavini Bator Tsırenjapov narkotik vasitənin sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə 10 sutka müddətinə həbs edilib.

Stopnarkotik.az lent.az-a istinadən xəbər verir ki, iyulun 7-nə keçən gecə Ulan-Ude şəhərinin Avtomobilistov prospektində yol polisi əməkdaşları sərxoşluq əlamətləri olan 43 yaşlı vətəndaşın idarə etdiyi “Toyota Vitz” markalı avtomobili saxlayıblar.

Sürücü yerindəcə müayinə olunmaqdan imtina edib və o, Respublika Narkoloji Dispanserinə aparılıb. Ekspertizanın nəticələri onun narkotik sərxoşluğu vəziyyətində olduğunu göstərib. Sürücü ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 12.8 (sərxoş vəziyyətdə və lisenziyasız sürücülük) maddəsilə protokol tərtib edilib.

Hakim 10 sutka inzibati həbs təyin edib.