"Azərbaycanda narkomanların sayı hər gün atır. Bunun qarşısını indi almasaq, gələcəkdə çox ağır nəticələri olacaq".
Bunu Milli Məclisin bu gün keçrilən payız sessiyasının son iclasında Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa deyib
Fazil Mustafa bildirib ki, narkomaniya ilə mübarizə formasını dəyişməliyik:
"802 narkomana heç bir kömək etmir. Narkoloji dispanserlərə gedənlərin 70%-i orada 10-15 dəfə müalicə alıb yenidən narkotikə başlayanlardır. Büdcədən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına ayrılan vəsait artırılmalıdır. Komissiyanın işinin qənaətbəxş olması üçün onların reabilitasiya mərkəzlərini yaratmaq lazımdır. Bu istiqamətdə bütün imkanları səfərbər etməliyik ki, narkomaniyanın qarşısını alaq. Xaricdən də belə təhdidlər var. Xarici ölkələrdən də ölkəmizə narkotikin daxil olması danılmaz faktdır".