"Narkoman qu quşları" Slovakiyanın xaşxaş sahələrini istila ediblər.
Stopnarkotik.az xəbər verir ki, xaşxaş tarlalarının sahibləri fermerlər xaşxaş toxumunu dimdikləyən və sərxoş olan quşların istilasından dəhşətə gəlir.
Nakotikin təsirindən halı dəyişən qu quşları daha sürətlə yumurta qoymağa başladılar, lakin onlar hərəkət edə, uça bilmirlər və yırtıcıların ovuna çevrilirlər.
Qu quşları artıq fermerlərə 10 min avro ziyan vurub. Buna görə də kənd təsərrüfatı sənayesinin nümayəndələri həyəcan təbili çalır. Mütəxəssislər hesab edirlər ki, qu quşları xaşxaşları sevimli delikatesi - kolza ilə qarışdırıb səhv salıblar. Hazırda sərxoş quşlarla könüllülər məşğul olur - qu quşları tutularaq reabilitasiyaya aparılır. Bir çox quşun sağlamlıq problemləri var.
Stopnarkotik.az