Narkolaboratoriyada işləməyə gələn meksikalılar yaxalandı, "patı" prekursorları ələ keçdi

Almaniyada gömrük əməkdaşları Berlin yaxınlığındakı Ludviqsfelde şəhərində narkotik hazırlanan gizli laboratoriya tapıblar. Həmçinin bu laboratoriyada işləmək üçün gətirilən 3 Meksika vətəndaşı saxlanılıb.
Məlumata görə, laboratoriya hələ tam hazır deyilmiş. Əməliyyat zamanı təxminən 30 kiloqram metamfetamin və 50 litr metamfetamin hazırlanmasında istifadə olunan kimyəvi maddə götürülüb.
Berlin, Brandenburq və Baden-Vürtemberqdə keçirilən digər əməliyyatlarda da təxminən 50 kiloqram marixuana, 32 kiloqram ketamin və 3 dolu silah tapılıb.
Əməliyyatda 250-dən çox polis və gömrük əməkdaşı iştirak edib. Onlar 15 fərqli ünvanda axtarış aparıblar. Nəticədə yaşı 19-47 arasında olan 12 nəfər saxlanılıb. Onlardan 6 nəfər həbs edilib. Hazırda araşdırma davam edir. 

Mələk

Stopnarkotik.az