Münhendə su istifadəsinə məhdudiyyət qoyuldu

Almaniyanın Münhen şəhərində quraqlıq və artan su istehlakı səbəbindən su istifadəsinə məhdudiyyətlər tətbiq edilib.

Bu barədə xarici KİV məlumat yayıb.

Yeni qaydalara əsasən, şəxsi hovuzların doldurulması, qazonların suvarılması, avtomobillərin küçədə yuyulması, eləcə də həyət, terras və yolların su ilə təmizlənməsi qadağandır. Ev bağlarının saat 09:00–19:00 arasında suvarılmasına da icazə verilmir.

Şəhər rəhbərliyi bildirib ki, gündəlik su istehlakı 360 milyon litrə çatıb. Məhdudiyyətlər 1 avqust 2026-cı ilədək qüvvədə olacaq və qaydaları pozanlar 50 min avroyadək cərimələnə bilərlər.