“Məktəblərdə kriminal mahnıların təbliğinə niyə göz yumulur?” – DEPUTATDAN ETİRAZ

Təəssüflər olsun ki, "Son zəng" zamanı kriminal mahnılar daha çox səslənib. Bilmək istəyirəm ki, Təhsil Nazirliyində və məktəbdə olan şəxslər hara baxırlar?" 

Bu fikirləri Milli Məclisin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev səsləndirib. 

"Başa düşdük, məktəbli kənarda qulaq asa bilər, bunu nəzarətdə saxlaya bilmirik. Amma orta məktəblərdəki tədbirlərdə kriminal həyatı təbliğ edən mahnılara necə göz yumulur və onlar sosial şəbəkələri bəzəyir.
Bu haqda düşünməliyik. u problemin həlli ilə aidiyyəti qurumlar konkret iş görməlidirlər. Hər kəs bir-birinin boynuna atır. Heç kim çıxıb açıqlama vermir, nə də problemin həlli ilə bağlı yanaşmanı görmürük", - deyə millət vəkili əlavə edib?