Əliyev, Mişel və Paşinyan arasında üçtərəfli görüşü keçirilib - YENİLƏNİB

İyulun 15-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə üçtərəfli görüşü olub.

Stopnarkotik.az xəbər verir ki, danışıqlarda Qərbi Azərbaycan icmasının qayıdış məsələsi də müzakirə edilib.

Görüş 3 saata yaxın davam edib.

*** 15:08

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyanla görüşü başlayıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Aİ-nin saytında məlumat dərc olunub.