Laçında 8103 ədəd çətənə kolu məhv edildi

Laçında 2 tondan artıq çətənə kolu məhv edilib.

Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən məlumata görə, Laçın Rayon Polis Şöbəsinim əməkdaşlarının keçirdikləri “Xaşxaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində Zabux kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Ümumi çəkisi 2 ton 445 kiloqram olan 8103 ədəd çətənə kolu məhv edilib.