Kanadada heroin mağazası açan iş adamı artıq dozadan ölüb. Stoponarkotik.az xəbər verir ki, 51 yaşlı Vankuver sakini Cerri Martina cəmi 2 ay əvvəl biznesinə başlamışdı. O heroin mağazası açdıqdan sonra dərhal məşhurlaşmışdı.
Cerri Martina heroinin leqal satışını təşkil etməklə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə aparmaq qərarına gəlmişdi. Onun mağazasında saf heroin, kokain, metamfetamin və ekstazi almaq tam qanuni idi.
Lakin, onun mağazası qəfildən bağlandı. Cerri öz satdığı məhsula həddən artıq qapıldığı üçün narkotik dozasının aşılmasından ölüb.
Stopnarkotik.az