İtkin düşmüş kimi axtarışda olan 6 nəfər tapıldı - RƏSMİ AÇIQLAMA

Azərbaycanda itkin düşmüş kimi axtarışda olan 6 nəfər tapılıb.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

İyunun 16-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.