İsmayıllıda 10 kənd üzrə 400 gənc təlim sessiyalarına cəlb edilib - FOTO

Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə İsmayıllı rayonunda “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində növbəti maarifləndirici təlim təşkil edilmişdir.

Stopnarkotik.az xəbər verir ki, İsmayıllı rayonu üzrə 10 kənd üzrə 400 gənc üçün “Gənclər siyasəti və dövlətçilik”, “Zərərli vərdişlərə yox deyək”, “Peşə seçimi və karyera” və “Sağlam və təhlükəsiz həyat” mövzularında təlim sessiyaları keçirilib. 

Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşının iştiraki ilə keçirilən təlimdə gənclərin narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.

**

Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış "Rəqəmsal mühitdə gizli narkotik riskləri", "Yeniyetmələr və gənclər üçün", "Sən bunlara hazırsan?", "Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar" və "Məlumatlı ol, cinayət törətmə" adlı təbliğat materialları gənclərə təqdim edilmişdir.

Stopnarkotik.az