İrandan Türkiyəyə radioaktiv maddə keçirmək istədilər

İrandan Türkiyə ərazisinə radioaktiv maddə keçirilməsinin qarşısı alınıb.

Bu barədə “TRTHaber” məlumat yayıb.

Bildirilib ki, Türkiyənin Ağrı əyalətinin Doğubayazit rayonunda İrandan daxil olan sərnişin avtobusu vasitəsilə daşınan qanunsuz siqaret qutusunun içərisində çəkisi 6 qram olan kalifornium radioaktiv maddə aşkarlanıb.

Qeyd edilib ki, İrandan Gurbulaq Gömrük Qapısı vasitəsilə Türkiyəyə daxil olan sərnişin avtobusunda yoxlama aparılıb.

Yoxlamalara uyğun olaraq, avtobusdan qaçaqmalçılıq yolu ilə Türkiyəyə keçirilən siqaret qutuları və qeyd olunan radioaktiv maddə və 378 qızıl sikkə aşkar edilərək müsadirə olunub.

Fakt üzrə araşdırma aparılır.