Dünən ABŞ senatoru Lindsi Qraham bəzi ərəb ölkələrinin Tramp administrasiyasına İrana mümkün hərbi zərbələri dayandırmaq üçün təzyiq göstərməsini sərt tənqid edib.
Qraham bildirib ki, bölgədəki ərəb ölkələrinin davranışı “məyusedici” olub və onların ABŞ üçün “çox da yaxşı müttəfiq” olmadığını göstərib.
Senatorun sözlərinə görə, əgər bu ölkələr İran adından müdaxilə edərək Ayətullah rejiminin hakimiyyətdə qalmasını qəbul edirlərsə, bu, etirazlara çıxan insanların qırğınına göz yummaq deməkdir.
Qraham vurğulayıb ki, İran rejimini qorumağa yönəlmiş belə mövqe Amerikanın regiondakı maraqları və dəyərləri ilə ziddiyyət təşkil edir.