Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Kürdəmir rayonunun Pirəköcə kəndində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı, 48 yaşlı Azər Qaraşov odlu silahdan atəş açaraq intihar edib.
Stopnarkotik.az xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Manset.az-a açıqlamasında qardaşının intihar etmədiyini bildiyib:
“Qardaşımın heç bir problemi yox idi. Bu hadisə sırf ehtiyatsızlıq səbəbindən baş verib. Onun nə problemi ola bilərdi? Kürdəmirdə evdə silah təmizləyəndə ehtiyatsızlıqdan atəş açılıb. Yazırlar ki, kalaşnikovla özünü güllələyib, belə şey yoxdur. Əlində ov tüfəngi olub, məsələ araşdırılır”.
Qeyd edək ki, A.Qaraşov Kürdəmirdə müxtəlif vəzifələrdə, son olaraq isə Kürdəmir Rayon Mədəniyyət İdarəsində çalışıb. Baş Prokurorluq intihar hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə işin başlandığını açıqlayıb.
*** 22:24
Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun kiçik qardaşı Azər Qaraşov silahla ehtiyatsız davranaraq özünə atəş açıb.
Stopnarkotik.az xəbər verir ki, hadisə bu gün axşam saat 17:00 radələırində rayonun Pirəköcə kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1975-ci il təvəllüdlü Azər Azay oğlu Qaraşov yaşadığı evdə ov tüfəngini təmizləyərkən ehtiyatsızlıq edib və silah onun əlində açılıb.
Nəticədə Azər Qaraşov qarın nahiyəsindən ağır xəsarət alıb və o elə hadisə yerindəcə dünyasını dəyişib. Bundan sonra hadisə yerinə rayonun hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub.
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.
Qeyd edək ki, mərhum Azər Qaraşov 3 uşaq atası idi və rayonun Pirəköcə kəndində ata evində yaşayırdı. Hazırda faktla bağlı Kürdəmir rayon prokurorluğunda araşdırma aparılır.
***19:13
Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı intihar edib.
Stopnarkotik.az xəbər verir ki, icra başçısının qardaşı Azər Qaraşov bu gün yaşadığı Kürdəmir rayonunun Pirəköcə kəndində özünü güllələyib.
O, hadisə yerində vəfat edib.
Qeyd edək ki, xeyli vaxt müxtəlif vəzifələrdə çalışmış Azər Qaraşov hazırda işsiz idi.