HƏMAS, “Hizbullah” və “İslami Cihad” liderləri Beyrutda toplandı

“Hizbullah”, HƏMAS və “İslami Cihad” liderləri Qəzzada real qələbəyə nail olmaq strategiyasını müzakirə etmək üçün Beyrutda görüş keçiriblər.

Danışıqlarda “Hizbullah” lideri Həsən Nəsrullahdan başqa, HƏMAS rəhbərinin müavini Saleh əl-Auri və “İslami Cihad”ın rəhbəri Ziyad ən-Nahala da iştirak edib.

"Görüşdə müqavimət hərəkatının nə etməli olduğu qiymətləndirilib", - deyə xarici KİV-lər xəbər verir.

“Reuters” vurğulayır ki, bu hərəkat İran, Fələstin qrupları, Suriya, “Hizbullah” və digər müttəfiq qruplardan ibarət koalisiyaya aiddir.