“Heç kim Qarabağı tərk etməyə məcbur edilmir” - PREZİDENTİN KÖMƏKÇİSİ

“Azərbaycan heç kimi Qarabağı tərk etməyə məcbur etmir”.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “DW” nəşrinə açıqlamasında danışıb.

Onun sözlərinə görə, Qarabağı tərk etmək sakinlərin şəxsi və fərdi qərarlarıdır.

Prezidentin köməkçisi əlavə edib ki, antiterror tədbirləri zamanı Qarabağda mülki əhali və mülki infrastruktur hədəfə alınmayıb.