Göyçay Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən A.Əkbərovanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Stopnarkotik.az pravda.az-a istinadən xəbər verir ki, hakim İbrahim Fəttahovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə onun qazancının 20 faizi miqdarında pul dövlət nəfinə tutulmaqla 1 il müddətə islah işləri cəzasına məhkum edilib. Hökmdən narazı qalan məhkuma apellyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəməsi A.Əkbərovanın şikayətini təmin etməyib.
İttihama görə, hadisə 2022-ci ildə Göyçay ərazisində qeydə alınıb.
Belə ki, 1998-ci il təvəllüdlü A.Əkbərova yaşadığı evin həyətində mərhum əmisinin arvadı, zərərçəkmiş G.Əkbərova ilə aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə zamanı o, zərərçəkmiş şəxsin başına qəsdən daşla vuraraq xəsarət yetirib.