Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları Komandanı general-leytenant İlham Abdullayevin vəzifəsindən azad edilməsi ilə bağlı məlumatlar yayılıb.
FHN Mətbuat xidmətindən verilən xəbərə görə, yayılan məlumatlar həqiqəti əks etdirmir.
***11:14
Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının komandanı vəzifəsindən azad edilib. Bununla bağlı Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov əmr imzalayıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə manset.az məlumat yayıb.
Məlumata görə, müvafiq əmrlə FHN-nin Mülki Müdafiə Qoşunlarının komandanı, general-leytenant İlham Abdullayev vəzifəsindən azad edilərək sərəncama götürülüb. Onun yerinə hələlik təyinat yoxdur.
Qeyd edək ki, İlham Əyyub oğlu Abdullayev əvvəllər FHN-in Fövqəladə Halların Nəticələrinin Aradan Qaldırılması İşinin Təşkili Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. 2006-cı ilin dekabrında general-mayor rübəsini alıb.