Fransa uduzdu, 160 nəfər saxlanıldı - Video

İspaniyaya məğlub olaraq dünya çempionatı ilə vidalaşan Fransa millisinin azarkeşləri ölkədə iğtişaşlar törədib.

Stopnarkotik.az KİV-ə istinadən xəbər verir ki, qarşılaşmadan sonra Paris və digər şəhərlərdə yüzlərlə azarkeş küçələrə axışıb.

Bəzi yerlərdə polisə qarşı müqavimət göstərilib, avtomobillər yandırılıb, mağazalara və ictimai əmlaka ziyan vurulub. Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, baş verən hadisələr zamanı ümumilikdə 160 nəfər saxlanılıb. Asayişi qorumaq üçün şəhərlərə minlərlə polis əməkdaşı cəlb olunub. Bildirilib ki, toqquşmalar nəticəsində bir neçə polis əməkdaşı xəsarət alıb, çoxsaylı avtomobilə ziyan dəyib.

Qeyd edək ki, Fransa millisi dünya çempionatının yarımfinalında İspaniyaya 0:2 hesabı ilə məğlub olaraq final şansını itirib.