Fransa hərbi təyyarəsi Nigerə getdi

Fransa hərbi təyyarəsi Nigerə gedib.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, bu barədə silahlı qüvvələrin polkovniki Amadou Abdramanete deyib.

Çevriliş elan edildikdən sonra ordunun ölkənin hava məkanını bağlamasına baxmayaraq, ən azı bir fransız hərbi təyyarəsi bu gün Nigerə eniş edib.

Qeyd olunub ki, A401 tipli hərbi təyyarə Niamey Beynəlxalq Hava Limanına enib.

Fransanın Xarici İşlər və Müdafiə Nazirlikləri Niger üsyançılarının iddialarını şərh etməyiblər.

Xatırladaq ki, iyulun 26-da Prezident Qvardiyası Ordunun təlimatı əsasında Prezident Məhəmməd Bazumu saxlayıb.