“Qarabağda qanunsuzluq hökm sürür və insanlardan pul toplanması yeni vüsət alır”.
Bunu erməni bloqer Natali Aleksanyan öz “Facebook” səhifəsində yazıb.
Bloqer yazıb ki, Xankəndini tərk edərək, Ermənistana keçmək istəyən ermənilərdən 4 min ABŞ dolları tələb olunur: “Dünən öyrənmişəm ki, Qarabağ “hakimiyyəti” Rusiya sülhməramlıları ilə birgə Ermənistana keçmək istəyən insanlardan 4 min dollar tələb edirlər. Bu məlumatı yoxlamaq üçün Qarabağdakı tanışlarımla əlaqə saxladım və onlar məlumatı təsdiqlədilər. Əgər indiyə qədər Azərbaycanın insanların çıxışını blokladığını deyirdilərsə, indi məlum olur ki, məhz Qarabağ “hakimiyyəti” və sülhməramlılar Ermənistana çıxışı bloklayır ki, çarəsiz insanlardan böyük pullar qoparsınlar. Hətta bu ağır günlərdə də cinayətkarlar milyonlar qazanmaq imkanını əldən vermirlər”.
Göründüyü kimi, Xankəndindəki qondarma separatçı qurum və onları himayə edən “sülhməramlılar” ermənilərin bu bölgəni könüllü şəkildə tərk etməsinin qarşısını almaq üçün hər cür çirkin əmələ əl atırlar. Eyni zamanda da, bu prosesdən böyük pullar qazanırlar.
Erməni bloqerin bu yazdıqlarını Azərbaycanla bağlı “blokada şousu” yaradan qüvvələrin, Ermənistanın Qərbdəki və Rusiyadakı dəstəkçilərinin yaxşı-yaxşı oxumaları lazımdır./azpolitika