Erməni separatçı rejimi Qarabağın ən böyük su anbarı olan “Sərsəng”i görünməmiş miqyasda boşaldıb.
Stopnarkotik.az xəbər verir ki, ermənilər bununla guya Azərbaycanı cəzalandırmağa çalışırlar.
Qeyd edək ki, bu, Azərbaycanın Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi rayonlarında, ümumilikdə 96.000 hektar sahədə ciddi su böhranına səbəb ola bilər.
Su böhranı bu bölgələrin əhalisinə, o cümlədən Qarabağdakı erməni azlığına dağıdıcı təsir göstərə bilər. Bu, onların əkinçilik, heyvandarlıq və içməli su təchizatına təsir göstərəcək və nəticədə bu ərazidəki insanların yaşamasını və işləməsini çətinləşdirəcək.
Stopnarkotik.az