Azərbaycanda 2022-ci ildə qeydə alınmış cinayət hadisələri üzrə 25449 zərərçəkmiş şəxsin 7455-i qadınlar olub.
Stopnarkotik.az xəbər verir ki, bu, bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə Məlumatına əksini tapıb.
Qeyd edilib ki, zərərçəkmiş qadınlardan 2945-i xəsarət alıb, 309-u isə ölüb. Onlardan 24-ü yetkinlik yaşına çatmayan olub.