Daşkəsəndə ölmüş heyvanı avtomobillə sürüyən şəxs saxlanıldı

Daşkəsən rayonunda ölmüş heyvanı avtomobilə bağlayaraq yolda sürüyən şəxsin görüntüləri ictimai narazılığa səbəb olub.

Stopnarkotik.az xəbər verir ki, hadisə ilə bağlı oxu.az-a daxil olan məlumata görə, sürücü ölmüş heyvanı avtomobilinin arxa hissəsinə bağlayaraq yol boyu sürüyüb.

Əldə olunan məlumata əsasən, nəqliyyat vasitəsini idarə edən Daşkəsən rayon sakini V.Tağıyev polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Onun barəsində qanunvericiliyə uyğun olaraq inzibati tənbeh tədbiri tətbiq edilib. Hadisənin görüntüləri isə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.