Qubada cəzasının çəkilməmiş hissəsi bağışlanan keçmiş məhkum yenidən həbs edilib.
Stopnarkotik.az xəbər verir ki, Quba rayon sakini 2001-ci il təvəllüdlü Aqil Əhmədov (adı və soyadı şərtidir) 2025-ci ildə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə saxlanılıb və məhkəmə qərarı ilə bir il azadlıqdan məhrum edilib. Bir neçə ay sonra o, "Konstitusiya və Suverenlik İli" münasibətilə elan edilən amnistiya aktı ilə cəzasının çəkilməmiş hissəsindən azad edilib.
Cəzadan azad edilən şəxs bir müddət əvvəl Quba Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Üzərinə baxış keçirilərkən ondan "Makarov" tipli tapança aşkarlanıb.
Faktla bağlı yenidən cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə o, iki il müddətinə azadlıqdan məhrum edilib