“Biz sülh sazişi üzərində işləyirik, qarşıdakı bir neçə həftə...” - ABŞ RƏSMİSİ

“Qarşıdakı həftələr Ermənistan və Azərbaycan arasında sülh sazişinin bağlanması prosesi üçün həlledici olacaq”.

Bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində çıxışı zamanı deyib.

“Qarşıdakı bir neçə həftə tərəflərin niyyətlərdən razılığa keçməyə hazır olduqlarını yoxlamaq üçün həlledici olacaq. Çünki bildiyimiz kimi, danışıqlarda “bəli” əldə etmək ən çətin sözdür”, - ABŞ dövlət katibinin köməkçisi deyib.

O, tərəflərin dəfələrlə görüşdüyünü xatırladıb: “Biz sülh sazişi üzərində işləyirik”./report