"BANDOTDEL" SABİQ DEPUTATI SAXLADI - DİN-dən açıqlama / Yenilənib

 Nazim Bəydəmirli vətəndaşın müraciəti əsasında araşdırmaya cəlb edilib.

Bu barədə Nazim Bəydəmirlinin saxlanılması ilə əlaqədar medianın sorğusuna cavab olaraq DİN Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib.

"Belə ki, vətəndaş polisə müraciət edərək N.Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, cari il iyunun 24-də N.Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikyətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib.

Hazırda N.Bəydəmirli bu müraciət əsasında saxlanılıb, araşdırmalar davam etdirilir", - Z.Hüseynov qeyd edib.

****

Sabiq deputat, iş adamı Nazim Bəydəmirli Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi ("Bandotdel") tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə jurnalist Xədicə İsmayıl məlumat yayıb.

Bəydəmirlinin payçısı olduğu şirkətdən pul tələb etməkdə günahlandırıldığı bildirilir.