Sosial şəbəkələrdə Koroğlu-Buzovna xətti üzrə hərəkət edən 107 saylı avtobus marşrutunun özünəməxsus gediş tarifləri müəyyənləşdirdiyi haqqında məlumat yayılıb.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildiriblər ki, "Ayşən-LTD" MMC-nin istismarında olan 107 saylı müntəzəm marşrut xətti üzrə avtobuslarda gedişhaqqı tarif şurasının müvafiq qərarına əsasən məsafəyə uyğun olaraq müəyyən edilib.
Bildirilib ki, bu xətt üzrə Buzovna qəsəbəsi (Əli Ayağı ziyarətgahı) -"Koroğlu" NMM və əks istiqamətdə gedişhaqqı 0.60 azn, Buzovna qəsəbəsi (Əli Ayağı ziyarətgahı)- Sabunçu qəsəbəsi 0.50 azn, Buzovna qəsəbəsi (Əli Ayağı ziyarətgahı)-Maştağa Zabrat yolu istiqamətində isə gediş haqqı 0.40 azndir. Daşıyıcı da bu qərara əsasən avtobusun solununda müvafiq məlumatları yerləşdirib.
Qeyd edək ki, 107 saylı müntəzəm marşrut xətti üzrə gedişhaqqının ödənişi hələki nağd formada həyata keçirilir./trend