BAKIDA QULDURLUQ: bir qrup şəxs bir nəfəri döyüb 8512 manatını aldı

Nəsimi rayonu ərazisində bir qrup şəxsin bir nəfəri döyərək 8512 manat pulunu, sənəd və cüzdanını talaması barədə polisə məlumat daxil olub.

Stopnarkotik.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Beyləqan rayon sakini Xəzər Ələsgərov, Ağstafa rayon sakini Nicat Kərimov, Bərdə rayon sakini Vüqar İsmayılov, Tərtər rayon sakini, əvvəllər məhkum olunmuş Təhmasib İlyaslı və Bakı şəhər sakini olan bir qadın müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.