Daxili İşlər Nazirliyi Yasamal rayonunda baş verən kütləvi dava ilə bağlı yayılan görüntülərə münasibət bildirib.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinə şikayət və ya müraciət daxil olmayıb:
“Hazırda sosial şəbəkədə yayılan videogörüntülərlə bağlı şöbənin əməkdaşları tərəfindən araşdırmalar başlanılıb”.
Qeyd edək ki, kütləvi dava rayonun Əsəd Əhmədov küçəsi 41 ünvanında qeydə alınıb.
***11:40
Yasamal rayonunda kütləvi dava baş verib.
Hadisə Əsəd Əhmədov küçəsi 41-də qeydə alınıb.
Belə ki, bir qrup şəxs əlbəyaxa davaya çıxıb.
Xəsarət alanların olub-olmadığı məlum deyil.