Bakıda 73 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, mayın 8-də paytaxtın Nizami rayonunda saat 17:30 radələrində 1950-cı il təvəllüdlü Fərman Feyzulla oğlu Hüseynovun küt alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 1960-cı il təvəllüdlü Hidayət Əliağa oğlu Cəfərov müəyyən olunaraq tutulub.
Cinayət hadisəsi şəxsi münasibətlər zəmində baş verib.
Araşdırma aparılır.