Bakıda evdə yanğın baş verib.
FHN-dən verilən xəbərə görə, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.